Rusiya MDB-nin gələcək inkişafına daha çox əhəmiyyət verir, inteqrasiya birliyi öz effektivliyini sübut edib.

Bunu Rusiyanın Baş naziri Mixail Mişustin MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında bildirib.

"Rusiya Federasiyasının MDB-nin gələcək inkişafına daha çox önəm verdiyini vurğulamaq istəyirəm. İnteqrasiya birliyimiz ölkələrimizin vətəndaşlarının marağında olan ticarət-iqtisadi, elmi-texniki, sosial və humanitar əməkdaşlığı gücləndirmək üçün birgə qərarların qəbulu üçün optimal platforma kimi səmərəliliyini sübut edib. ”, - deyə Mişustin vurğulayıb.

O qeyd edib ki, 2021-ci ilin yekununa əsasən MDB daxilində ticarət əlaqələri möhkəmlənib.

.