Suriya və İraqda idarəetməni ələ keçirən və bu torpaqlarda dəhşət saçan terror təşkilatı İraq Şam İslam Dövlətinin (İŞİD) bir üzvünün topladığı xəracları oğurlayaraq Türkiyəyə qaçdığı bildirilir. Suriya mediasında yayılan məlumatlarda bildirilir ki, İŞİD-in Suriyadakı zəkat yığımını idarə edən əmiri hesab edilən Əbu Ubeydə Əl Masri yığılan pulları götürərək aradan çıxıb. Terror təşkilatından oğurlanan pulla milyardlarla Suriya poundudur.
Misirli Əbu Ubeydənin Suriyanın Deyrizor şəhərində İŞİD-in nəzarəti altında olan torpaqlardan "zəkat” adı altında xərac topladığı bildirilir. Onun oğurladığı məbləğin bir milyon ABŞ dolları olduğu vurğulanır. Hadisədən sonra İŞİD-in misirlilərə təşkilata qoşulma qadağası qoyduğu da bildirilir. Həmçinin qeyd edilir ki, bu şəxs İŞİD-dən qaçan ilk səlahiyyətli deyil.(musavat.om)
.