Bu gün Ramazan ayının və orucluq mərasiminin birinci günüdür.
Bu gün orucluq ayının ilk sübh namazı qılınıb, ilk obaşdanı yeyilib. Xatırladırıq ki, sübh obaşdanı 5:25-ə qədər bitməlidir ki, saat 4:39-da sübh namazı qılınmasına başlanılsın.
Sübh namazını adətən dindarlar evlərində qılırlar. Amma zöhr, əsr, şam, xiftə namazlarında dindarlar məscidlərdə toplanmağa üstünlük verirlər. Bu bütün Ramazan ayı belə olacaq. Əhya günlərində, "Quran-i-Kərimin enməsi” ehtimal edilən əhya günlərində məscid toplaşanların sayı daha da artacaq.
Amma "əhya keçələri” və ya "qədr gecə”lərində məscidə gəlməyimiz təkcə "qədr gecəsi” olmasına bağlı deyil. Həm də "Quran-i-Kərim”in və Mühəmməd Peyğəmbər (ə.s)-ın qədr gecələrini öymələrinə bağlıdır. "Qədr”surəsində "min aydan daha xeyirlidir bir qədr gecəsi” ayəsi keçir. Ona görə də dindarlar "Qədr gecələri”ni məscidlərdə daha çox olmaq istəyirlər. Özü də bu gündə məsciddə olmaq keçmiş kiçik günahlardan təmizlənmək anlamına gəlir. "Qədr gecələri” daha çox ramazan ayının 3-cü 10-günlüyünün tək günlərinə təsadüf etdiyi üçün elə sonuncu dekadanın tək günlərində də axtarılır. Ayinlər icra edilir. Belə ki, "Quran”lar Xaliqi Rəhmanın dqqətini cəlb etmək, rəhminin artması üçün başlar üzərində ya açıq qoyulur, ya da baş üzərində açıq saxlanılır.Müəyyən dualar cəm çəkildə oxunduqdan sonra "Quran”lar başlar üzərindən yerə qoyulur.

.