Azərbaycanda yaradılan Biznesin İnkişafı Fondu formalaşmasının son mərhələsindədir.

Bunu "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" adlı konfransda çıxış edərkən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu gün ixracın, investisiyaların təşviqi üçün sahibkarlara zəruri olan funksiyaların indiyədək olmayan alətlərin təklif edilməsi istiqamətində fəaliyyət həyata keçirilir.

"Bölgədə baş verən hadisələr, Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Eyni zamanda, təkliflər təhlil olunur və qabaqlayıcı addımlar atılır",- deyə Mikayıl Cabbarov qeyd edib.

Sahibkarların maliyyə resurslarına çıxışı asanlaşdırılacaq

Azərbaycan iqtisadiyyat nazirliyi tərəfindən maliyyə-bank sisteminə dair yeni yanaşmalar hazırlanır.

Bunu "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" adlı konfransda çıxış edərkən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, əsas məqsəd sahibkarların maliyyə resurslarından çıxışının genişləndirilməsindən ibarətdir.

"Bununla yanaşı məhkəmə-hüquq sistemi üzrə aidiyyəti qurumlarla müzakirələrimiz aparılır",- deyə Mikayıl Cabbarov qeyd edib.

.