“Tibbi maskadan istifadəyə görə cərimələmə Bakı Metropoliteninin səlahiyyətində deyil”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

O deyib ki, qərar veriləcəyi təqdirdə sərnişinlərin cərimələnməsini Bakı Metropoliten nəzdindəki polis şöbəsi yerinə yetirəcək: “Vətəndaş niyə tibbi maska taxmamalıdır? Biz artıq bununla bağlı xəbərdarlıq etmişik”.

Z. Hüseynov deyib ki, 25 metro stansiyasının 17-də aptek var: “Qalan stansiyalarda da səyyar maska satışı təşkil olunacaq. Eyni zamanda apteklərin səhər saat 6.00-da açılmasını xahiş etmişik. Sərnişinlərdən xahiş edirik ki, maskanı səhər saat 6.00-da deyil, qabaqcadan əldə etsinlər”.

Zaur Hüseynov: "Metroda gündəlik dezinfeksiya işləri aparılacaq”

“Metroda gündəlik dezinfeksiya işləri aparılacaq”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

Z. Hüseynov deyib ki, depoda da, qatarlarda da sanitar işlər görüləcək: “Dezinfeksiya işləri gündə 3 dəfədən artıq həyata keçiriləcək. Əminəm ki, Prezidentin "Biz birlikdə güclüyük" şüarı ilə bu günlərdən qələbə ilə çıxacağıq”.
 

.