35 yaşlı aktrisa Emma Stoun satış elanından iki həftə keçməmiş Los-Ancelesdəki dəbdəbəli malikanəsini 3 milyon 995 min dollara (təxminən 6,8 milyon manat) satıb.

“Sotheby's International Realty” agentliyinin rieltoru Erik Lavinin sözlərinə görə, həmin məkan son dərəcə populyar olub və evə baxmağa 100-dən çox insan gəlib.

Qeyd olunur ki, aktrisanın satdığı ev 1926-cı ildə tikilmiş 305 kvadratmetrlik ispan üslublu malikanədir.

 

Mənbə: The Wall Street Journal

.