
Almaniyanın keçmiş kansleri Angela Merkel illər əvvəl ABŞ Prezidenti Donald Trampla yaşadığı xoşagəlməz hadisədən danışıb.
O bu barədə Yunanıstanın paytaxtı Afinada “Kathimerini” qəzetinə müsahibəsində bəhs edib.
Merkel Trampın 2017-ci ilin martında kameralar qarşısında onun əlini sıxmaqdan necə imtina etdiyini xatırladıb.
“Mən dedim: “Donald, gəlin əl sıxaq”, lakin o bunu etmədi. O, diqqəti özünə cəlb etmək istəyirdi. Onun məqsədi diqqəti yayındırmaq və hamını ona baxmağa məcbur etməkdir” - sabiq kansler deyib.
Merkel daha sonra kameraların diqqətindən kənar yerdə əl sıxışdıqlarını əlavə edib.
Qeyd edək ki, Ağ Evdə görüş zamanı jurnalistlər onlardan bir-birinə əl verməyi xahiş etsələr də, Amerika Prezidenti onların xahişinə məhəl qoymayıb. Merkel ona tərəf əyilərək əl sıxıb-sıxmayacağını soruşsa da, Tramp kanslerin təklifini cavabsız qoyub.
Sözügedən görüntüləri təqdim edirik:
.