Bakıda mənzildən 500 min manatlıq qızıl-zinyət əşyaları və 50 min manat pul oğurlanıb.

Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 34 yaşlı Ləyaqət Misirova Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinə müraciət edərək bu ilin avqust ayından sentyabrın 18-dək yaşadığı mənzildən 500 min manatlıq qızl-zinyət əşyaları və 50 min manat pul oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Report.az
.