Abşeron rayon polis idarəsinin əməliyatçıları Xırdalan şəhər sakininin yük avtomobilindən iki ədə akkumliyator oğurlamaqda şübhəli bilinən 3 nəfəri yaxalayıb. 

ARB TV xəbər verir ki, akkumliyatorların oğurlanması barədə məlumatı Daxili işlər Nazirliyinin 102 zəng mərkəzinə zərərçəkmiş verib.

Araşdırmalara başlayan Abşeron rayon polis idarəsi Sumqayıt şəhər sakini 32 yaşlı Elnur Eldar oğlu Yusifovu, şəxsi avtomobili ilə sərnişin daşımaqla məşqul olan Bakı şəhər sakini 30 yaşlı Alim Malik oğlu Əliyevi və Abşeron rayon sakini Eşqin Elmar oğlu Manafovu şübhəli şəxs qismində saxlayıb.

İstintaqa ifadə verən dostlar akumuliyatrları oğurlayıb satmalarını etiraf etsələlər də günahı bir birlərinin üstünə yıxıblar. Sumqayıt şəhərində yaşayan 32 yaşlı Elnur Yusifov deyir ki, dostu Alimin avtomobilinə əyləşəndə oğurluq edəcəklərindən xəbəri olmayıb.

Saxlanılan Eşqin Manafov isə öz növbəsində oğurluğa Alimlə Elnur Tərəfindən cəlb edildiyini bildirib.

Eşqinin sözlərinə inansaq, akkumliyatoru avtomobilin üstündən açan Elnur olub. O, açılan akkumliyatorun Alimin avtomobilinin yük yerinə gətirilməsində yardımçı olub.

Üçüncü saxlanılan Alim Əliyev isə əməliyyatçıları oğurluq hadisəsindən xəbərsiz olduğunu inandırmağa çalışıb. Alimin sözlərindən belə çıxıb ki, Elnurla Eşqin onu oğurluğa yuxulu vəziyyətdə aparıblar.

Abşeron rayon polis idarəsinin istintaqçıları oğurluqda hər üç nəfərin iştirak etməsi qənaətinə gəliblər. Bu yerdə onuda qeyd edək ki, oğurlanan akkumliyatorlar metal qəbulu məntəqələrindən birinə satılıb.

Aşkar olunan faktla əlaqədar Abşeron rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Yenizaman.az





 


.