"Rusiya gömrük məsələləri üzrə Ukrayna ilə danışıqlarda çox sərt davranıb, amma bu davranış hüquqi normalar çərçivəsindən kənara çıxmayıb”. Bunu Rusiya baş nazirinin I müavini İqor Şuvalov Vaşinqtonda rusiyalı jurnalistlərə açıqlamasında deyib.
"Rusiya heç kimi heç nəyə məcbur etmir” - bunu isə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
BBC-nin xəbərinə görə, V.Putin bu sözləri Rusiya Federasiya Şurasının nümayəndələri qarşısındakı çıxışında Ukraynadakı vəziyyəti şərh edərkən deyib.
V.Putin deyib ki, Ukrayna "üçlüyün” (Rusiya-Belarus-Qazaxıstan) görüşündə müşahidəçi qismində iştirak etmək arzusunu hələ bu ilin əvvəlində dilə gətirib. Gömrük İttifaqı ideyasından danışan Rusiya prezidenti bildirib ki, bu layihə real iqtisadi maraqlar üzərində qurulub. Putin onu da vurğulayıb ki, onların Gömrük İttifaqını Avropa İttifaqına qarşı qoymaq planları yoxdur.
.