Xəbər verdiyimiz kimi, Azərbaycanda abort edən məktəbli qızların dəhşətli statistikası açıqlanıb.
Dövlət Statistika komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda 27 452 qadın aborta gedib ki, onlardan 16 031 nəfəri 15-29 yaş arasında olan gənclərdir.
Tibbi eksperti, professor Aqil Qeybulla AzNews.az-a açıqlamasında gənc yaşda abortun sonradan sonsuzluq yarada biləcəyini deyib: "Bu, gizli şəkildə də həyata keçirilir. Yəni, istəlinən administrativ qərarlar buna mane ola bilmir. Bu addımı atarkən iki mühüm məsələni düşünmək lazımdır. Abort edən ananın sonradan hamilə qalması ehtimalı itə bilər.
Bundan əlavə abortdan sonra başqa fəsadlar yarana bilər. Həddən artıq gənc yaşda abortun olunması insan həyatı üçün təhlükəlidir. Ona görə məsləhət deyil. Bu məsələdə qanunlar deyil, təbliğat vasitələri önə keçməlidir. Maarifləndirici proqram olmalıdır”.
.
