NATO ölkələrinə Ukrayna üzərində Rusiya PUA-larını vurmağa icazə verilməsi alyansla Rusiya arasında müharibə demək olacaq.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

"Kiyevin və digər axmaqların “Ukrayna üzərində uçuşa qadağan zona” yaratmaqla bağlı təxribatçı ideyasının həyata keçirilməsi və NATO ölkələrinin bizim PUA-ları vura bilməsi yalnız bir şey demək olacaq-NATO ilə Rusiya arasında müharibə", deyə Medevedev qeyd edib.

.