Daha əvvəl xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti bu gün Mədəniyyət Nazirliyində əməliyyat-istintaq tədbirləri keçirib.
Virtualaz.org-un hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, nazirliyin Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov da saxlanılıb.
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaçları tərəfindən saxlanılıb.
Məlumatda saxlanılanların evlərində axtarışların aparıldığı da bildirilir.
Məlumatda saxlanılanların evlərində axtarışların aparıldığı da bildirilir.
.
