Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxs tutulub.
 
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bədəlan kəndində yaşayan Afiq Yusubovun evinə baxış zamanı 1 kiloqram 25 qram marixuana, həyətyanı sahəsində isə kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

.