NATO regiondakı təhlükəsizlik vəziyyətini diqqətlə izləyir və zərurət yarandıqca müdafiə və çəkindirmə sahəsində mövqeyini tənzimləyir.
Bunu NATO-nun Baş katibi Mark Rutte “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
O, Bolqarıstanın Baş naziri Rumen Radev ilə Qara dənizdə ticarət gəmilərinə qarşı son dron hücumlarını müzakirə etdiyini qeyd edib.
Rutte bildirib ki, NATO Qara dəniz regionunda müttəfiqləri ilə sıx əməkdaşlığı davam etdirəcək.
Baş katib vurğulayıb ki, alyans artıq şərq cinahında müdafiə mövqeyini gücləndirib və regiondakı təhlükəsizlik vəziyyətini yaxından izləyir. Onun sözlərinə görə, zərurət yarandıqda NATO-nun çəkindirmə və müdafiə mövqeyi müvafiq şəkildə tənzimlənəcək.
.
