Cənubi Afrika Respublikasında Nelson Mandelanın şərəfinə keçirilən anım mərasimi başlayıb.
CAR-ın minlərlə vətəndaşı Yoxannesburq stadionuna Nelson Mandelanın vəfatı ilə bağlı keçirilən anım mərasiminə toplaşıb.
ABŞ prezidenti Barack Obama, Kuba lideri Raul Castro və BMT-nin baş katibi Ban Ki-moon fəxri qonaqların siyahısında olacaqlar.
Anım mərasimi Yohannesburqun kənarında 95 min insan tutumlu stadionda keçirilir.
Son dəfə Nelson Mandela burada 2010-cu il futbol üzrə dünya çempionatının açılışında çıxış edib.
Mərasim böyük ekranlarda ölkənin üç stadionunda və bütün dünyaya yayımlanacaq.
Mandelanın basdırılma mərasimi bazar günü baş tutacaq. Orda 59 ölkənin dövlət nümayəndə heyəti iştirak edəcək.
BBC müxbiri Pumza Fixlami Yohanessburqdan xəbər verir ki, bir çox insanlar yağış altında stadionun girişinsə növbə gözləyir.
Stadionda qəmli səbəbə baxmayaraq atmosfer kifayət qədər bayram əhval-ruhiyyəsindədir.
Cənubi Afrika heç zaman müxtəlif ölkələrdən bu qədər sayda qonaq qəbul etməyib.
Onun sözlərinə görə, toplaşanlar gümrah görünür - insanlar oxuyur və oynayırlar.
Toplaşanlar qarşısında CAR prezidenti Jacob Zuma çıxış edəcək. Həmçinin Amerika prezidenti Barack Obama, Braziliya prezidenti Dilma Rousseff və Kuba lideri Rauf Castro nitqlə çıxış edəcəklər.
Mərasimdə Nelson Mandelanın dörd nəvəsi, onun dostu və Robben adasında yerləşən həbsxana yoldaşı Andrew Mlangeni də iştirak edəcək.
Britaniya baş naziri David Cameron müavini Nick Cleggla birgə həmçinin CAR-a mərasimdə iştirak etmək üçün gəlib. Dəvətlilər sırasında Britaniyanın keçmiş baş nazirləri Gordon Brown, Tony Blair və John Major, həmçinin müxalifət lideri Ed Miliband da olub.
Amerikanın üç keçmiş prezidentləri - George Bush, Bill Clinton və Jimmy Carter də mərasimdə iştirak edəcək.
Fransa prezidenti François Hollande, fələstin lideri Mahmud Abbas və Hindistan prezidenti Pranab Mukherjee də fəxri qonaqlar siyahısındadır.
Rusiyanı Federasiya Şurasının sədri Valentina Matvienka təmsil edir.
BBC müxbiri Mike Woolbridge deyir ki, dəvətlilərin tərkibi onu göstərir ki, CAR özünün xarici siyasətini yaradır və dünyada yerini müəyyən edir.
İsrailin baş naziri Benjamin Netanyahu, həmçinin Dalay Lama mərasimə qatılmayanlar sırasındadır.
Anım mərasiminin dörd saat davam edəcəyi planlaşdırılır.
Nelson Mandelanın cəsədi ilə ilə sağollaşma Pretoriyada növbəti 3 gün ərzində baş tutacaq, dövlət yas mərasimi onun doğma kəndi Şərqi Kaspo əyalətində bazar gününə təyin olunub.
