
Malayziya ABŞ ilə idxal rüsumlarına dair ticarət sazişi çərçivəsində “Boeing” korporasiyasından ümumi dəyəri 19 milyard dollar olan 26 təyyarə alacaq.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın investisiya, ticarət və sənaye naziri Tenku Zafrul Əziz bildirib.
"Biz bəzi kommersiya öhdəlikləri götürmüşük. Onlardan biri də “Boeing” təyyarələrinin alınmasıdır", - “Malay Mail” qəzeti nazirin sözlərindən sitat gətirir.
T.Əziz qeyd edib ki, Kuala Lumpur təyyarələri iki mərhələdə alacaq.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp 60-dan çox ölkə və Avropa İttifaqına qarşı 15-41 faiz rüsumun tətbiq edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Malayziya mallarına tətbiq olunan tariflər 25 faizdən 19 faizə endirilib. Bundan əlavə, Tramp 14 ölkənin, o cümlədən Malayziyanın liderlərinə avqustun 1-dən əlavə rüsumlar tətbiq etmək niyyəti barədə məktublar göndərib.
.