Həftəsonu ölkə boyunca keçirilən etiraz aksiyalarına xarici qüvvələrin birbaşa müdaxiləsi olmayıb.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Dohada jurnalistlərə açıqlamasında bildirib.

"Mənim fikrimcə, baş verən hadisələrdə xarici müdaxilə yoxdur", - o bildirib.

Onun sözlərinə görə, "etirazlardan sonra baş verən xarici informasiya manipulyasiyası" olub. Fransa lideri əlavə edib ki, bu, bir çoxlarının, o cümlədən dövlət liderlərinin qəbuledilməz şərhlərinə səbəb olub. O qeyd edib ki, internetdə süni intellekt tərəfindən yaradılmış çoxsaylı görüntülər yayılıb.

"Bəzi şəxslərin Fransanı miqrantların və islamçıların bürüdüyü barədə sözləri tamamilə yalandır", - Makron iddia edib.

Jurnalistin söhbətin ABŞ Prezidenti Donald Trampın şərhlərindən gedib-getmədiyi barədə sualına Makron belə cavab verib: "Digərləri ilə yanaşı".

.