Andraş Baka bu gündən etibarən rəsmən Macarıstan prezidenti vəzifəsinin icrasına başlayıb.

Bu barədə Macarıstanın Baş naziri Peter Madyar "X" sosial şəbəkəsində yazıb.

Madyarın sözlərinə görə, avqustun 11-də parlamentin Macarıstanın yeni prezidenti kimi səs verdiyi Baka rəsmən vəzifəsinin icrasına başlayıb.

"Prezidentə işində uğurlar, möhkəm cansağlığı və mümkün qədər çox insanlıq arzulayıram", – baş nazir vurğulayıb.

Qeyd edək ki, 1991-2008-ci illər ərzində Baka Avropa İnsan Hüquqları Məhkəməsində çalışıb. Bundan sonra, 2009-cu ildə hüquqşünas Macarıstan Ali Məhkəməsinə rəhbərlik edib. Onun rəhbərliyi iki il davam edib, çünki konstitusiya islahatı aparıldıqdan sonra o, vəzifəsindən azad edilib.

.