Yüz minlərlə insan pop ulduz Madonnanın açıq havada pulsuz konsertinə toplaşıb. Bu, ifaçının ən kütləvi ödənişsiz şousu olub.

Tədbir Rio-de-Janeyronun məşhur Kopakabana çimərliyində baş tutub.

Braziliya şousu Madonnanın 2023-cü ilin sonlarında başlayan “Celebration” dünya turunun sonu olub.

Şiddətli istilər səbəbindən konsert iştirakçılarına içməli su da pulsuz paylanılıb. Rio əyaləti və şəhər hakimiyyəti konsertə 20 milyon real (3,9 milyon dollar) xərclədiklərini, qalan hissəsinin isə özəl sponsorlardan alındığını bildiriblər. Səlahiyyətlilər konsertin Rio iqtisadiyyatına təxminən 15 dəfə daha artıq gəlir gətirə biləcəyini təxmin edirlər.

Mənbə: mk.ru

.