Macarıstan Avropa İttifaqı tərəfindən Ukraynaya hərbi dəstək göstərmək üçün yaradılmış "İstəklilər koalisiyası"nda iştirak etməyəcək.
Yenizaman-ın Macarıstan KİV-inə istinadən məlumatına görə, bunu ölkənin Baş naziri Viktor Orban bəyan edib.
Daha əvvəl o, Ukraynada müharibənin tezliklə dayandırılmasını dəstəklədiyini bildirmişdi.
Bununla yanaşı, Budapeştdə müharibə əleyhinə aksiya keçirilir. Aksiyaya 200 mindən çox insan qatılıb.
Bildirilir ki, aksiya iştirakçıları "Ukrayna uğrunda ölmək istəmirik" yazılı bannerləri əllərində tuturlar.
.
