
Macarıstan ABŞ-nin Avropa İttifaqına (Aİ) qarşı tətbiq etdiyi rüsumlarla əlaqədar milli fəaliyyət planı hazırlamaq niyyətindədir.
“İnterfaks” xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bəyan edib.
"Macarıstan hökuməti ABŞ və Aİ arasında ticarət sazişi əldə edildikdən sonra ölkədəki iş yerlərini və istehsalatın qorunmasına yönəlmiş fəaliyyət planı hazırlayacaq", - o bildirib.
Ticarət sazişi ABŞ-nin Avropa İttifaqından daxil olan mallara 15 faiz rüsum tətbiq etməsini nəzərdə tutur.
Daha əvvəl Macarıstan hökuməti Avropa İttifaqı və ABŞ arasında bağlanmış ticarət sazişini tənqid edərək, bunun Avropanın, xüsusilə də Macarıstan maraqlarına ziyan vurduğunu qeyd etmişdi.
.