Braziliya Prezidenti Luis İnasiu Lula da Silva 2026-cı ildə keçiriləcək prezident seçkilərində yenidən seçilməyə çalışacaq.

O, bunu İndoneziyaya dövlət səfəri zamanı bildirib.

"Mənim 80 yaşım olacaq, amma əmin olun ki, 30 yaşımdakı enerjiyə malikəm. Mən dördüncü prezidentlik müddətinə namizədliyimi irəli sürəcəyəm", - o bildirib.

Braziliyada prezident seçkiləri 2026-cı ilin oktyabrında keçiriləcək.

.