Belarus heç vaxt Rusiyaya xəyanət etməyəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Ukraynadakı münaqişənin bəzi xüsusiyyətlərinə baxmayaraq, Minsk "rusların arxadan vurulmasına heç vaxt imkan verməyəcək".
"Bəli, münaqişənin müəyyən aspektləri ilə bağlı öz anlayışım var, amma biz həmişə ümumi kursumuza sadiq qalacağıq. Rusiya rəhbərliyi qərar verərsə, orada baş verənlərə dair anlayışımız olmasına baxmayaraq, biz həmişə sizinlə birlikdə olacağıq. Biz heç vaxt xəyanətkar olmamışıq", - Belarus lideri Minskdə Avrasiya Hökumətlərarası Şurasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə çıxış edərkən deyib.
.
