Litva höküməti meteozondlar ilə bağlı baş verən insidentlər fonunda Belarusla sərhədi müddətsiz bağlamaq barədə qərar verib.

Bu barədə “LRT” Litvanın Baş naziri İnqa Ruqinenə istinadən məlumat yayıb.

Baş nazir bildirib ki, sərhədin bağlanmasında müəyyən istisnalar nəzərdə tutulub: “Bu o deməkdir ki, diplomatlar və diplomatik poçt sərhədi keçə biləcək, həmçinin Litva və Aİ vətəndaşları Belarusdan ölkəmizə geri dönə biləcək. Lakin digər bütün hərəkətlər dayandırılacaq. Beləliklə, biz Belarus üçün siqnal veririk – burada heç bir hibrid hücumlara dözümlülük göstərilməyəcək və biz onları dayandırmaq üçün ən sərt tədbirləri görəcəyik”.

Baş nazir əlavə edib ki, bu gündən etibarən ordunun bütün zəruri tədbirləri görməsi planlaşdırılır, o cümlədən meteor balonlarını neytrallaşdırmaq üçün kinetik vasitələrdən istifadə olunacaq.

.