Dünyaca məşhur amerikalı aktrisa Lindsi Lohan həyat yoldaşı Bader Şammas ilə bal ayını Bodrumda keçirir.

Bir çoxlarının sevimli tətil məkanı Bodruma valeh olan Lohan sosial media hesabında tez-tez rəngarəng bal ayı anlarının fotolarını paylaşır.

Qeyd edək ki, kino karyerasına 11 yaşında başlayan amerikalı ulduz “Valideynlər üçün tələ” və “Pis qızlar” kimi bir çox filmlərindəki rolları ilə tanınır.

.