Lerik rayonunun "40-cı kilometr" adlanan yaşayış məntəqəsində qoyun tövləsinə canavar hucumu sahibkara baha başa gəlib.

Anspress xəbər verir ki, qəfil hücumdan hürkən qoyunlar qapını sındırıb və çölə səpələnib.

Canavarlar qoyunları çöldə yaxalayaraq parçalayıb. Çobanın iddiasına görə, canavarlar səhər saat 5-ə işləmiş tövlənin pəncərəsini dağıdaraq içəri keçib.

"Canavar qoyunlardan 10-unu burada öldürüb. 4-ü buradadır, 5-6-sını başqa yerdə öldürüb. Daha onunu da yaralayıb. Qoyunların vəziyyəti pisdir, inanmıram sağalsınlar. 4-5 qoyunu isə tapa bilmirik", - deyə sahibkar Nizami Məlikov bildirib.


.