Lənkəranda 11 ədəd çətənə kolu aşkarlandı — (VİDEO)

4,280 oxunub
Lənkəranda narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxs saxlanılıb. Keçirilmiş əməliyyat nəticəsində rayonun Moğonojba kənd sakini, 1981-ci il təvəllüdlü Sultan Hüseyn oğlu Həsənova məxsus paybəlli torpaq sahəsində kultivasiya yolu ilə əkilmiş və aqrotexniki qaydada qulluq edilmiş çətənə kolu aşkarlanıb. Aşkar edilən çətənə kolları polis əməkdaşları tərəfindən yığılaraq maddi sübut kimi götürülüb.

Müstəntiq Toğrul Hüseynov: "11 ədəd çətənə kolu, ona məxsus paybəlli torpaq sahəsindən aşkar edilərək götürülmüşdür. Həsənov Sultan Hüseyn oğlu isə tərəfimizdən şübhəli şəxs kimi tutulmuşdur və barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs qəti imkan tədbiri seçilmişdir".

.
Təqvim