“Səbail” klubu iki afrikalı hücumçu transfer edib.

Bu barədə  Bakı təmsilçisinin baş məşqçisi Şahin Diniyev məlumat verib.

Təcrübəli mütəxəssis bildirib ki, keniyalı Ayub Masika və qvineya-bissaulu Madi Queta ilə hərtərəfli razılıq əldə olunub. Hər iki futbolçu ilə yaxın müddətdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Madi Queta Portuqaliyanın “Mafra”, Ayub Masika isə Çinin “Nanjinq Siti” klubundan transfer edilib. Hər iki oyunçu ölkəsinin milli komandasının üzvüdür. Queta Portuqaliyanın “Portu”, Masika isə Belçikanın “Genk” klubunun yetirməsidir.

.