Çinli hərbi mütəxəssislər ötən il Rusiya ordusunun hərbi qulluqçularına gizli təlim keçib.

Bu barədə iki avropalı rəsminin “Reuters“ə ötürdüyü sənəddə deyilir.

Məlumata görə, təlim Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinin razılığı əsasında keçirilib və bu prosesdə azı 4 rusiyalı və çinli general iştirak edib.

Bildirilib ki, Rusiya müdafiə naziri Andrey Belousovun qərarı ilə Rusiya hərbi heyəti təlimlərdə iştirak etmək üçün Çinə səfər edib.

Üç həftə davam edən təlimlərdə çinli instruktorların rusiyalı hərbçilərə kimyəvi və radioloji kəşfiyyat, eləcə də ventilyasiya sistemlərinin radioaktiv çirklənmədən qorunması haqqında kurs keçdiyi qeyd olunub.

Rusiya və Çin Müdafiə nazirlikləri məsələyə münasibət bildirməyib.

 

.