“Real Madrid”in yarımmüdafiəçisi Kazemiro “Mançester Yunayted”ə keçməyə hazırlaşır.

Britaniyalıların braziliyalı futbolçu üçün 60 milyon avro ödəyəcəyi deyilir. Bundan başqa, 10 milyon avro da bonuslar şəklində ödənilə bilər. Futbolçu “Mançester Yunayted”də həftəlik 413 min avro qazanacaq.

Braziliyalı yarımmüdafiəçi ötən mövsüm İspaniya çempionatında 32 oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib. Kazemiro “Real”da 2013-cü ildən çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

“Trasnfermarkt”ın məlumatına görə, Kazemironun bazar dəyəri 40 milyon avrodur.

.