Müğənni Rəqsanə İsmayılova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib.

İfaçı videomüraciətində bildirib ki, Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimovla 2015-ci ildən ev mübahisəsi yaşayır:

“Artıq 7 ildən çoxdur ki, o insan evimi mənimsəyib və geri qaytarmır”.  

R. İsmayılova V. Eyvazovdan ona bu işdə köməklik göstərməsini xahiş edib. 

 

.