ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvada səfərdədir.

“CBS News”-un müxbiri Cennifer Ceykobs anonim mənbələrə istinadən xəbər verib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvaya Endryus hərbi bazasından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-17 hərbi nəqliyyat təyyarəsi ilə gəlib.

Rəsmi olaraq nə Moskva, nə də Vaşinqton onun səfəri ilə bağlı məlumatı təsdiqləyib.

Retkliffin Moskvada kiminlə görüşə biləcəyi və nəyi müzakirə edəcəyi hələlik bilinmir.

.