"İTAR-TASS" agentliyinin verdiyi məlumata görə, Rusiyanın XİN rəhbəri Sergey Lavrov Belçikanın paytaxtı Brüssel şəhərində amerikalı həmkarı Con Kerri ilə bir araya gələcək. NATO-Rusiya Şurasının nazirlər yığıncağı çərçivəsində Belçikaya gələn Sergey Lavrov Amerikanın XİN rəhbəri ilə təkbətək görüş keçirməyi planlaşdırıb.
Qeyd edək ki, NATO-nun baş katibi Anders Foqh Rasmussen toplantı zamanı bildirib ki, rəhbəri olduğu alyans Rusiya ilə fəal əməkdaşlığın davam etməsini istəyir. Rəsmi Moskva isə İranla "Altılıq" ölkələrinin razılaşmasından sonra Avropada quraşdırılan RƏM sistemlərinin ləğvini gündəmə gətirib.
.
