Ukrayna ordusu Donbass ərazisini tərk etməlidir, bu, Rusiya tərəfi üçün vacib şərtdir.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Eyni zamanda, o, qeyd edib ki, Moskva Ukrayna üzrə danışıqlar prosesinin detallarının açıqlanmasını məqsədəuyğun hesab etmir.

 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Donbass məsələsinin əsas olduğunu bildirib. Zelenski vurğulayıb ki, bu məsələ üç tərəfin – Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə bu gün və sabah Əbu-Dabidə müzakirə olunacaq.

.