
"Neftin qiyməti Rusiyanın milli maraqlarına münasibətinə təsir edə bilməz".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
ABŞ prezidenti Donald Trampın neftin qiymətinin düşməsinin Rusiyanı Ukraynadakı münaqişəni həll etmək istəyinə doğru sövq etməsi ilə bağlı sualı cavablandıran Peskov, "Hər halda, neftin qiyməti Rusiyanın milli maraqlarına münasibətinə təsir edə biləcək amil ola bilməz. Rusiyanın milli maraqları hər şeydən, neft qiymətlərindən üstündür", - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin iyul ayı üçün fyuçerslərinin qiyməti aprelin 9-dan bəri ilk dəfə bir barel üçün 59 dollardan aşağı düşüb.
.