Səudiyyə Ərəbistanı kralı Abdullah ibni Əbdüləzizin ölüm xəbərindən sonra dünya bazarında neftin qiyməti artmağa davam edir.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, səhər saatlarına olan göstəricilərə görə, Brent markalı neftin mart fyuçersinin qiyməti 1,18% artaraq barelli 49,46 dollar , WTI marakı neftin fyuçersi isə 1,85% artaraq 47, 17 dollara çatıb.
Xatırladaq ki, 91 yaşında vəfat edən kralı qardaşı Salman əvəz edib.
.
