
Dünən 12 nazir təyin edilib və bununla da 26 oktyabr parlament seçkiləri əsasında yeni hökumətin formalaşdırılması prosesi başa çatıb.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Hökumət başçısı 14 dekabrda ölkədə prezident seçkilərinin keçiriləcəyini, bundan sonra isə bütün konstitusion orqanların gürcü xalqının çoxluğunun iradəsinə uyğun olaraq komplektləşdiriləcəyini qeyd edib.
Gürcüstan Baş naziri Aİ ilə üzvlük danışıqlarının başlanılmasına hazır olduğunu bəyan edib
Mən Avropa İttifaqının səfirinə xatırlatmaq istəyirəm – üzvlük danışıqlarına başlanılmasını masaya qoyun və mən onu bu gün imzalayım.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.
“Biz Avropaya inteqrasiya prosesini dayandırmırıq, Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına daxil olmasını təmin etmək üçün səylərimizi gücləndiririk. Bütün bunların fonunda Avropa İttifaqının səfirinin radikal müxalifətin və onun QHT-lərinin, media orqanlarının həyata keçirdiyi dezinformasiya kampaniyasına cəlb olunması utancverici və narahatedicidir. Belə hadisələr gürcü cəmiyyətinin Avropa bürokratiyasına inamını ciddi şəkildə sarsıdır. Aİ səfirinə xatırlatmaq istəyirəm - danışıqlara başladılmasını masaya qoyun və mən bu gün onu imzalayım”, - deyə Kobaxidze bildirib.
Kobaxidze ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığa son qoyması qərarını müvəqqəti hal sayıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığa son qoymasına münasibət bildirib.
Hökumət başçısı bunun müvəqqəti olduğunu, hazırkı Ağ Ev administrasiyasının yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışdığını qeyd edib.
“İndiki administrasiya yeni administrasiyaya mümkün qədər ağır bir miras qoymağa çalışır. Bunu Ukraynaya, indi də Gürcüstana münasibətdə edirlər. Bunun əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və yeni administrasiya ilə hər şeyi müzakirə edəcəyik. Bu, Salome Zurabişvili kimi müvəqqəti bir fenomendir ", - Kobaxidze deyib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti ötən gün davam edən etirazlar və hakimiyyətin Aİ ilə üzvlük prosesini dayandırması fonunda Gürcüstanla Strateji Tərəfdaşlığa son verildiyini açıqlayıb.
.