ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun atasının məzarı təhqir olunub.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə "The Times-Tribune” nəşri yazır. Bildirilir ki, hadisə Pensilvaniya şəhərinin Skranton şəhərində baş verib.
Naməlum şəxslər Hillari Klintonun atasının qəbirüstü abidəsini aşırıblar. Polis vandalizm əməli ilə bağlı araşdırma başladıb.
Qeyd olunur ki, bu insident Hillari Klintonun prezidentliyə namizədliyini irəli sürəcəyini elan etməsinin ertəsi günü baş verib.
