ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı üç sanksiya variantından birini seçib.

Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazır.

Məqalədə qeyd edilir ki, ən sərt variant Rusiyanın sənaye sahəsinə və yüksək rütbəli rəhbərlərinə qarşı məhdudiyyətləri nəzərdə tuturdu. Ağ Ev rəhbəri enerji sektoruna təsir edən orta variantı seçib. Bununla yanaşı, daha yumşaq məhdudiyyətlər də mövcud olub.

Qəzet dəqiqləşdirir ki, oktyabrın 22-də keçirilən iclasda Trampın seçimini Dövlət Departamentinin rəhbəri Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqset də dəstəkləyib.

Xatırladaq ki, ABŞ oktyabrın 23-də Rusiyanın böyük neft şirkətlərinə və onların törəmə müəssisələrinə qarşı sanksiyalar tətbiq edib.

.