
Suriya ilin sonuna kimi İsraillə təhlükəsizlik və hərbi razılaşmalar əldə edəcək.
Bu barədə suriyalı anonim rəsmi AFP-yə məlumat verib.
“İsraillə danışıqlarda irəliləyiş var. İlin sonuna qədər hərbi və təhlükəsizlik sahələrində razılaşmaların imzalanacağı gözlənilir. Biz İsrailin Suriyada hərbi əməliyyatlarını dayandırması barədə razılaşma əldə etmək istəyirik”,- suriyalı rəsmi bildirib.
Qeyd edək ki, Suriya Prezidenti Əhməd əl-Şaara dünənki açıqlamalarında İsrail-Suriya danışıqlarının növbəti günlərdə nəticə verə biləcəyini deyib.
.