Fransa millisinin və PSJ komandasının futbolçusu Kilian Mbappe İspaniyanın "Real" klubu ilə anlaşıb.

Bu barədə "FootMercato" məlumat yayıb.

Bildirilib ki, Madrid təmsilçisi 25 yaşlı hücumçu ilə tam razılığa gəlib. O, "Kral klubu" ilə müqavilə imzalayacaq və parislilərlə müqaviləsi bitdikdən sonra komandaya qoşulacaq.

Qeyd edək ki, Mbappe cari mövsüm PSJ-də 24 oyun keçirib, 25 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

.