“İsrailin keçmiş milli təhlükəsizlik naziri İtamar Ben-Qvir yenidən Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Nazirlər Kabinetinə qayıdır”.

Yenizaman-ın “The Times of Israel” portalına istinadən xəbərinə görə, bu barədə məlumatı “Likud” partiyası yayıb.

İtamar Ben-Qvir bu qərara ordu Qəzza sektorunda hərbi əməliyyatları bərpa etdikdən sonra gəlib.

Qeyd edək ki, onun rəhbərlik etdiyi “Güclü İsrail” partiyası Qəzza sektorunda atəşkəs əldə edildikdən sonra koalisiyanı tərk edib.

.