Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ-də yeni uğura imza atıb.

Yenizaman klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna “Tuluza”ya 2:0 hesabı ilə qalib gəldikləri ölkə Superkuboku matçında fərqlənməklə nail olub.

Forvard "Park de Prens"də vurduğu qollarını sayını 111-ə çatdırıb.

Beləliklə, Mbappe PSJ-nin sabiq üzvü Edinson Kavanini (110) geridə qoyub.

.