"Avropa İttifaqı (Aİ) birmənalı olaraq ikitərəfli səyahət və səfərləri dəstəkləyir, çünki bu səfərlər insanlar arasında təması, insanların dövlətlərə, iqtisadiyyatlara töhfəsini artırır".

Bunu "Kəndimiz"layihəsinin təqdimatında çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, istər beynəlxalq miqyasda, istərsə də milli səviyyədə peyvəndləmə fəaliyyətlərini davam etdirmək zəruridir.

"Azərbaycana bu yaxınlarda "AstraZeneca"peyvəndləri gətirilib. Yeri gəlmişkən, bu, Aİ-nin maliyyələşdirdiyi, iştirak etdiyi və töhfə verdiyi COVAX mexanizmi çərçivəsində həyata keçirilir. Hazırda Aİ tərəfindən Çin peyvəndi də təhlil olunur. Amma hələlik bununla bağlı qəti qərar yoxdur. Qeyd edim ki, vaxt keçdikcə peyvəndlərin çeşidi, sayı artacaq və nəticədə bizim seçim imkanlarımız genişlənəcək", - deyə K. Yankauskas qeyd edib.

.