Yaxın Şərq sülh danışıqlarına aktiv şəkildə vasitəçilik edən ABŞ dövlət katibi Con Kerri dünən İordaniyaya rəsmi səfər edib. İordaniya kralı və xarici işlər naziri ilə Əmmanda keçirdiyi görüşdən sonra verdiyi birgə mətbuat konfransında Kerri, ABŞ-ın əvvəlki kimi İsrail və Fələstinin sülh danışıqları ilə bağlı mövqeyinin dəyişmədiyini, bu prosesi dəstəklədiyini açıqlayıb. Kerri İsrailin işğal olunmuş ərazilərdə yeni qəsəbəsalma planlarından fələstinlilərin hiddətə gəldiyi, İsrail vətəndaşlarının isə fələstinli məhbusların azad edilməsindən qəzəbləndiyi bir vaxtda, sülh danışıqlarını əvvəlki kimi yoluna qoymağa çalışır və artıq bir həftəyə yaxındır ki, bununla bağlı İsrail, Fələstin və İordaniyada çoxsaylı müzakirələr keçirir.
"Prezident Obama və Birləşmiş Ştatlar bu sülh təşəbbüsünü dəstəkləyir. Biz əvvəlki kimi İsrail və Fələstin xalqının dinc, uğurlu gələcəyini görmək istəyirik. Müzakirələr məhsuldar, keçir və bu gündə davam edir. Məqsədimiz hər iki tərəfin tələblərinə cavab verməklə ən qəliz problemlərin həllinin mümkün yollarını araşdırmaq, müzakirə və təhlil etməkdir”
Con Kerri həmçinin İsrail və Fələstin kanallarına verdiyi müsahibədə rəsmi Tel Əvivə sərt xəbərdarlıq ismarışı göndərib. Belə Kerri İsrailin fələstinlə sülh danışıqlarında irəliləyişə nail olmayacağı təqdirdə, beynəlxalq aləmdən təcrid olunmayla üzləşəcəyini deyib. Kerri danışıqların iflas edəcəyi təqdirdə İsraili zorakılıq dalğasının gözləyəcəyini istisna etməyib.
.