Maldiv adalarının keçmiş prezidentini məhkəməyə sürüyə-sürüyə aparıblar.
Virtualaz.org saytı xəbər verir ki, keçmiş prezident Məhəmməd Naşid hakimiyyətdə olduğu dönəmdə Konstitusiya Məhkəməsinin sədrini qanunsuz olaraq həbs etdirməkdə günahlandırılır.
Hazırda müxalifət partiyasının lideri olan M.Naşid iki gün əvvəl polis tərəfindən saxlanılıb. Bu gün məhkəməyə aparılan keçmiş prezident məhkəmə salonuna girmək istəməyib. Belə olanda polislər onu zorla sürüyərək məhkəmə zalına aparıb.
M.Naşidin vəkilləri onun sərbəst buraxılması haqda vəsatət qaldırıb. Lakin məhkəmə bu vəsatəti rədd edib.
Xarici işlər naziri Dünya Maumon mətbuata açıqlmasında keçmiş prezidentin günahsız bir insanı qanunsuz olaraq həbs etdirməkdə ittiham olunduğunu və bu prosesin terrorla mübarizə çərçivəsində həyata keçirildiyini bildirib..