Venesuelada istehsal olunan bütün neftin təxminən yarısı ABŞ-yə ixrac olunur.
"Report" "Reuters"ə istinadən məlumatına görə, bunu ABŞ-nin energetika nazirinin müavini Kayl Haustvayt deyib.
"Son bir neçə ay ərzində Venesuelanın ümumi istehsalının təxminən yarısı - 500 000 bareldən çox neftin ABŞ-yə bu tip nefti emal etmək üçün xüsusi inşa olunmuş emal zavodlarına göndərildiyini müşahidə etdik", - o, Texas ştatının Hyuston şəhərində çıxışında bildirib.
Onun sözlərinə görə, Venesuelanın gündəlik neft hasilatı təxminən 1,25 milyon bareldir.
.
