Baş verən hadisədə 18 nəfər ölüb, 60 nəfər isə yaralanıb. Paytaxt Port-au-Prinsedə karnaval maşını yüksək gərginlik daşıyan elektrik xətlərinə toxunub. Hadisə şahidləri elektrik naqillərinə toxunan maşının alovlandığını bildiriblər.
Yanğın baş verən ərazidə panika yaşanıb. Karnaval iştirakçılarından 7 nəfəri maşında, 11 nəfəri isə izdihamın yaratdığı sıxlıqdan dünyasını dəyişib. Ölü sayının artacağı istisna edilmir.
Qeyd edək ki, Haiti karnavalı 1804-cü ildən bu bəri təşkil olunur. (Musavat.com)
.