Xəbər verildiyi kimi, bu il aprelin 11-də "Karmen" MMC un məmulatları şirkətinin Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 23 ünvanında yerləşən baş ofisindən külli miqdarda pul oğurlanıb.
Yenizaman.az-ın lent.az-a istinadən məlumatına görə, Abşeron Rayon Polis Şöbəsindən bildirilib ki, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində mayın 23-də Qobu qəsəbə sakini, 1986-cı il təvəllüdlü İmaməliyev Ramiz Salman oğlu tutulub. Məlum olub ki, Səməd Vurğun küçəsi 41-də yaşayan R.İmaməliyev artıq 2 dəfə oğurluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. "Karmen"də törətdiyi talan isə onun üçüncü oxşar əməlidir.
R.İmaməliyev istintaqa ifadəsində deyib ki, aprelin 11-nə keçən gecə ofisin damından keçərək seyfdəki 1 milyon manat pulu hissə-hissə çıxarıb. Daha sonra o, pulu bir neçə yerə ayırıb və 200 min amanatı Qobu qəsəbəsinin qəbiristanlığına gətirərək babasının baş daşının altına qoyub. 28 yaşlı oğlan yerdə qalan pula özünə son model "İnfiniti" markalı avtomobil alıb. Həmçinin "Mercedes" markalı başqa avtomobil də alaraq qardaşına hədiyyə edib.
Bundan başqa R.İmaməliyev demək olar ki hər gün şəhərin mərkəzindəki barlardan bir neçə qız götürərək Binəqədi rayonu ərazisindəki otel-restorana gətirirmiş və burada eyş-işrətlə məşğul olurmuş.
Hazırda R.İmaməliyev ətrafında araşdırmalar davam etdirilir.
.
